Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
AQİL MƏMMƏDOVA İCTİMAİ-SİYASİ İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ

0

  •         Xocalı soyqırımını, erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Erməni quldurları tərəfindən xalqımızın başına gətirilən faciələri ürək ağrısı ilə yaşayan Xocalı sakini Məmmədov Aqil haqq səsimizi yaymaq üçün öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Xocalı dərdi onun qəlbini dayanmadan göynədir. Məmmədov Aqil Kamran oğlu 1973-cü il aprel ayının 10-da Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1980-ci ildə Xocalı rayon Kosalar kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaydan Dövlət Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuşdur. 1995-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək 1995-ci il avqust ayının 1-dən Göygöl MRX-da həkim işləməyə başlamışdır. 1996-cı ildən Xocalı rayon Meşəli kənd Həkim Ambulatoriyasında baş həkim işləmiş, hal-hazırda 2005-ci ilin mart ayından Kosalar kənd Həkim Ambulatoriyasında baş həkim vəzifəsində çalışır. İxtisası həkim-stomatoloqdur.
            Aqil həkim öz peşəsini layiqincə yerinə yetirir. Bununla yanaşı, ictimai birliklərdə təmsil olunur. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gəncə Regional bölməsinin sədri vəzifəsində işləyir. “ASKEF” Gəncə regional bölməsinin sədridir. “İraq Türkmənləri Yazarları” ictimai birliyinin üzvüdür. 1987-ci ildən Azərbaycan dövrü mətbuatında şeirləri və məqalələri nəşr olunur. Mətbuat Şurasının və AJB-nin üzvüdür. "Düşmən tapdağında qalan Kosalar", "Zirvənin qanlı şəfəqi" kitablarının müəllifidir.
            "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin xətti ilə Türkiyə, Gürcüstan, Ukrayna və İranda səfərlərdə olmuş və Xocalı soyqırımı ilə bağlı universitetlərdə keçirilən təbliğat kampaniyalarında, tədbirlərdə, iştirak etmişdir. Türkiyənin İstanbul, Ankara, Amasya, Eskişehir, Merzifon, Antalya, İzmir, Samsun, Trabzon şəhərlərində keçirilən tədbirlərə qatılıb və universitetlərində tələbələr qar-şısında Xocalı soyqırımı ilə bağlı çıxışları olub. Azərbaycanlıların ən çox yaşadığı qədim şəhərlərdən olan Amasyada təqdirəlayiq tədbirlərdən biri baş tutmuşdur. 28 May Respublika Gününə həsr edilmiş tədbirin keçirilməsində əsas məqsəd Respublika gününü  Amasyada yaşayan azərbaycanlılarla bayram günü kimi qeyd etmək və onlara bayram abı-havasını yaşatmaq idi. Tədbir müxtəlif KİV-də o cümdədən, AZTV-də işıqlandırılmışdır.
            Aqil Məmmədova ictimai-siyasi işlərində uğurlar arzulayırıq.

    “XOCALININ SƏSİ”


















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib25 dəfə
    AQİL MƏMMƏDOVA İCTİMAİ SİYASİ İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ

    Maraqlı gələ bilər
    27
    230